Layer 2 Tunneling Protocol (L2TP)

Virtual xüsusi şəbəkələrin yaradılması üçün istifadə edilən protokol. PPTP və L2F protokollarının nöqsanlarını aradan qaldırmaq üçün IETF tərəfindən işlənmişdi. Autentifikasiya üçün PAP protokolundan istifadə edir. Kriptoqrafik mühafizəni gücləndirmək üçün IPSec protokolunun elementlərindən istifadə edir.
Layer 2 Forwarding Protocol
LDAP
OBASTAN VİKİ
Hypertext Transfer Protocol
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir.
Wireless Application Protocol
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Session Initiation Protocol
Session Initiation Protocol (SIP; azərb. Sessiyanın başlanması protokolu‎) — səs, video və mesajlaşma proqramlarını əhatə edən kommunikasiya seanslarını başlatmaq, saxlamaq və dayandırmaq üçün istifadə olunan siqnal protokolu SIP internet telefoniyasında, şəxsi IP telefon sistemlərində, həmçinin LTE (VoLTE) üzərindən mobil telefon zənglərində istifadə olunur. Protokol mübadilə olunan mesajların xüsusi formatını və iştirakçıların əməkdaşlığı üçün kommunikasiyaların ardıcıllığını müəyyən edir. SIP mətn əsaslı protokoldur, "Hypertext Transfer Protocol" (HTTP) və "Simple Mail Transfer Protocol" (SMTP) kimi bir çox elementlərini özündə birləşdirir. SIP ilə qurulan zəng çoxsaylı striminq mediasından ibarət ola bilər, lakin SIP mesajında faydalı yük kimi məlumat mübadiləsi edən mətnli mesajlar kimi proqramlar üçün ayrıca striminq tələb olunmur. SIP sessiya mediasını təyin edən və daşıyan bir neçə digər protokollarla birlikdə işləyir. Ən çox media növü və parametrlərinin müzakirəsi və media quraşdırması SIP mesajlarında faydalı yük kimi daşınan Sessiya Təsviri Protokolu (SDP) ilə həyata keçirilir. SIP əsas nəqliyyat təbəqəsi protokolundan müstəqil olmaq üçün nəzərdə tutulmuşdur. Bu, "User Datagram Protocol" (UDP), "Transmission Control Protocol" (TCP) və "Stream Control Transmission Protocol" (SCTP) ilə istifadə edilə bilər. Təhlükəsiz şəbəkə əlaqələri üzərindən SIP mesajlarının təhlükəsiz şəkildə ötürülməsi üçün protokol "Transport Layer Security" (TLS) ilə şifrələnə bilər.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
2
2 il (İkinci il) — Çərşənbə axşamıdən başlayan uzun olmayan il.
2 + 2 = 5
Mövzu olunan 2 + 2 = 5 {\displaystyle 2+2=5} tənliyi əslində tam bir riyazi yalandır və heç bir məntiqi əsası yoxdur. Bu misal almaq üçün əvvəlcə iki bir birinə bərabər x = y {\displaystyle x=y} olan dəyişən x, y götürürlər. Sonra bəzi riyazi çevrilmələr edib, müxtəsər vurma düsturundan istifadə edib, tərəflərin yerini dəyişib, vurma, bölmə əməllərindən istifadə edib, sonda hər iki tərəfə 3 əlavə edib alırlar. Əslində 2 + 2 = 5 {\displaystyle 2+2=5\!} tənliyi ilə əvvəllər daha fərqli və qarışıq idi, bunun zamanla sadələşməsinin ən əsas şeylərdən birincisi dəyişənlərə ( x {\displaystyle x\!} və y {\displaystyle y\!} ) 0 qiyməti verildiyində tənliyin bir işə yaramaması. bir digər tərəfdən isə natural ədəd seçimi. Tənlik ən sadə formada belə başlayır: x = y ⇒ {\displaystyle x=y\Rightarrow } x 2 = x . y ⇒ {\displaystyle x^{2}=x.y\Rightarrow } x 2 − y 2 = x y − y 2 ⇒ {\displaystyle x^{2}-y^{2}=xy-y^{2}\Rightarrow } ( x + y ) ( x − y ) = y ( x − y ) ⇒ {\displaystyle (x+y)(x-y)=y(x-y)\Rightarrow } x + y = y ⋅ x − y x − y ⇒ {\displaystyle x+y=y\cdot {\frac {x-y}{x-y}}\Rightarrow } ( x + y ) = y ⇒ {\displaystyle (x+y)=y\Rightarrow } x + x = x ⇒ {\displaystyle x+x=x\Rightarrow } 2 x = x ⇒ {\displaystyle 2x=x\Rightarrow } 2 = 1 ⇒ {\displaystyle 2=1\Rightarrow } 3 + 2 = 1 + 3 ⇒ {\displaystyle 3+2=1+3\Rightarrow } 5 = 4 ⇒ {\displaystyle 5=4\Rightarrow } 5 = 2 + 2 {\displaystyle 5=2+2\!} Əvvəla, bu tənlik vaxt keçdikcə çoxlu riyaziyyatçı tərəfindən mənası qəbul edilməmişdir və bu tənlik sözsüz doğru deyil. Bu tənlik bəzi riyazi sabitlər ilə də qurula bilər; ancaq doğruluğu isbat edilməmişdir. Tənlikdə (x-y) ifadəsi hər iki tərəfdə sadələşdirilərkən bu ifadənin sıfıra bərabər olduğu ehtimal edilir. Məsələn, 2*0=3*0 bərabərliyində bir yanlışlıq yoxdur.
Qeyri-mümkün missiya - Ghost Protocol
Qeyri-mümkün missiya: Fantom protokolu (ing. Mission: Impossible – Ghost Protocol) — 2011-ci ildə Bred Bird tərəfindən (canlı debütdə) rejissorluq etdiyi və Tom Kruz tərəfindən Coş Appelbaum və Andre Nemekin ssenarisi əsasında baş rolda oynadığı 2011-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya 3 (2006) filminin davamıdır və Qeyri-mümkün missiya film seriyasının dördüncü hissəsidir. Filmdə həmçinin Ceremi Renner, Saymon Peqq və Paula Patton da çəkilib. Filmdə, İmkansız Missiya Qüvvəsi (BVF) Kremlin bombalanmasında ictimaiyyətin iştirakı ilə bağlandıqdan sonra bağlanır və bu, Ethan Hunt (Kruiz) və komandasının resurssuz və ya ehtiyatsız getməsinə səbəb olur və onların adlarını təmizləmək üçün həyati təhlükə yaradır. Qeyri-mümkün missiya - Ghost Protocol 2009-cu ilin avqustunda, Appelbaum və Nemec ssenarini yazmaq üçün işə götürüldükdə başladı (sonra serial rejissoru və yazıçısı Kristofer MakQuarrinin yenidən yazılarını ehtiva edirdi). Bird sələfi idarə edən J. J. Abramsın əvəzlənməsi elan edildikdən sonra Kruuzun geri qayıtması 2010-cu ilin mart ayına qədər təsdiqləndi. Filmin rəsmi adı 2010-cu ilin oktyabrında verildi, bundan sonra əsas çəkilişlər aparıldı və Banqalor, Mumbay, Budapeşt, Moskva, Dubay və Vankuverdəki Kanada Kino Parkı Studios daxil olmaqla çəkiliş yerləri ilə 2011-ci ilin mart ayına qədər davam etdi. Filmin hissələri IMAX-da çəkilərkən, franşizadakı əvvəlki girişlər kimi, aktyor heyəti də öz kaskadyorlarının əksəriyyətini tamamladı. Qeyri-mümkün missiya – Ghost Protocol filminin premyerası 7 dekabr 2011-ci ildə Dubayda baş tutdu və dekabrın 21-də Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilməzdən əvvəl IMAX və seçilmiş geniş formatlı kinoteatrlarda dekabrın 16-da buraxıldı.
Dabbe 2
Dabbe 2 — istehsalçısı, rejissoru və ssenaristi Hasan Karacadağ olan türk istehsalı qorxu filmidir. Başrollarda Serdar Özer, Ebru Aykaç və Serhat Yiğitin yer aldığı film, 2006-cı ildə kinoteatrlara çıxmış Dabbenin davamıdır. Film Türkiyə kinoteatrlarında 264 min 259 nəfər tərəfindən izlənilmişdir. İnternet şəbəkəsi ilə yayılıb, hər evə girən Dabbe, əmrinə tabe olan cinlər və kölgə varlıqlar ilə dünya üzərindəki bütün elektromaqnit sistemləri ələ keçirmişdir. Sonuncu hücum üçün, göylərdən gələcək o işarə gözlənilir. Quranda yer alan və anidən göylərdən enəcək qiyamət aləmit duman; yəni qiyamət artıq yerə gəlir. İstanbulda da son saatların yaxınlaşdığından xəbərsiz olan bir qrup insan, bu qara fəlakət və sirr valıqlarla qarşılaşmanın dəhşətini yaşayırlar.
Dağ 2
Dağ 2 və ya Dağ II — 2016 tarixli Türkiyə istehsalı ekşn, gərginlik və dram janrında olan film. Filmin yaradıcısı Alpər Çağlar-dır. 2012-ci ildə nümayiş olunan Dağ filminin davamıdır. 4 noyabr 2016 tarixində kinoteatrlarda təqdim olunmuşdur. İlk filmi 170 min lirəli (85 min manat) büdcəsi 10 qat çoxalaraq,1 milyon 700 lirə (850 min manat) olaraq təyin olunmuşdur. IMDb-də 10 üstündən 9.9 xal almışdır Filmdə Türkiyə Silahlı Qüvvələri-dən alınan həqiqi silahlar istifadə olunub. Türkiyədə 3 milyon 289 min 710 kişi tərəfindən baxılaraq 2016-cı ilinin ən çox baxılan kinosu olmuşdur. Oğuz və Bəkİrin əsgərlik vaxtı bitməyə yaxınlaşmışdır. Bu ikili,Xüsusi Qüvvətlər Komandirliyinə müraciət etmək istəyirlər, lakin Bəkirin dizindəki zədə, Oğuzun çiynindəki çətinliyə görə alınmırlar. Bu vaxt birinci filmdə şəhid olan Yaşar Dəmirin yaxın yoldaşı Veysel Gökmusa danışmağa şahid olur və bu ikiliyə icazə verir.
Dota 2
Dota 2 (ing. Defence of the Ancients 2 — "Qədimlərin Qorunması 2") — Valve tərəfindən yayımlanan (Steam vasitəsilə) və IceFrog tərəfindən hazırlanan RTS (real vaxt strategiya) oyunudur. Oyunun orijinalı "Eul" tərəfindən 2003-cü ildə World of Warcraft xəritəsi olaraq yayınlanıb. İnkişaf etdirilməsi / yenilənməsi Warcraft III: Frozen Throne üzərindən edilmişdir. Oyun MOBA (Online çoxnəfərlik döyüş arenası) janrının ilk nümunəsidir. Dota 2 çox oyunçulu onlayn savaş arenası videooyundu. Bu oyunda əsas məqsəd, 5 nəfərdən təşkil olunmuş komandalar bir-birilərin "Ancient" deyilən qalaları dağıtmalıdılar. Burada xəritə 2D funksiyasında təbliğ olunur və bu oyunda 116 karakter mövcuddur, hansında oyunçular qarşıdakı komandanın seçdiyi oyunçuya uygun oyuçu seçir. 9 iyul 2013 tarixində çıxan "Dota 2" oynaması pulsuz bir oyundur və Steam üzərindən oynanılır. Qəhrəman — oyun içərisində oyunçu tərəfindən idarə edilən xarakterlərə verilən addır.
Era 2
Era 2 - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı üçüncü albom. Albom 2000-ci ildə Birləşmiş Krallıq, Avropa və Malayziyada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarlmışdır. Albomdan üç sinql çıxarılmışdır: Infanati,Misere Mani, Divano.
Fallout 2
Fallout 2: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı 2. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout 2 (azərb. Radioaktiv yağıntı 2‎) — "Black Isle Studios" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 2-ci epizoddur. Oyun 29 oktyabr 1998-ci il tarixində dünya miqyasında "Mac OS X" və "Microsoft Windows" platformaları üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi özündən əvvəlki "Fallout"un hadisələrindən 80 il sonra, "Böyük müharibə"dən (ing. The Great War) isə 164 il sonra, yəni 2241-ci ildə baş verir Oyunçu seriyanın birinci epizodunun protaqonisti "sığınacaq sakini"nin nəvəsi "seçilmiş"i idarə edir. Oyunçu personajın vəzifəsi Arroyo kəndindəki primitiv, dinc tayfasını aclıqdan xilas etməkdir.
Fau-2
“Fau-2” (alm. V-2 — Vergeltungswaffe-2‎, qisas silahı; digər adı — alm. А-4 — Aggregat-4‎, aqreqat) — dünyada uzaq mənzilli ilk ballistik raket. Raket alman konstruktor Verner fon Braun tərəfindən hazırlanmış və İkinci dünya müharibəsinin sonlarına yaxın Vermaxtın silah arsenalına alınmışdır. İlk dəfə Yerin kosmosdan şəklini çəkmişdi. Raket qəzaya məruz qaldı, lakin kamera olan qutunu çıxarmaq mümkün olmuşdu. Raketin ilk buraxılışı 1942-ci ilin martında, ilk hərbi məqsədli buraxılışı isə 8 sentyabr 1944-cü ildə baş tutmuşdur. Buraxılan döyüş raketlərinin sayı 3225 olub. O, əsasən mülki əhaliyə (2700-ə yaxın insan həlak olub, əsasən Böyük Britaniya ərazisi, xüsusən də sahəsinin irimiqyaslılığı ilə seçilən London şəhəri) qorxutmaq məqsədilə istifadə edilib. Raket birpilləli olub, maye yanacaqla işləyən raket mühərrikinə malik olmuş, şaquli şəkildə buraxılmış və trayektoriyanın aktiv hissəsində proqram mexanizmi və sürəti ölçmək üçün alətlərlə təchiz edilmiş avtonom giroskopik idarəetmə sistemi işə düşüb.
Formula 2
Formula 2, F2 kimi qısaldılmış Formula 2, tək oturacaqlı və açıq təkərli formula vasitələri ilə keçirilən avtomobil yarışlarından biridir. Formula 1 yarışlarından fərqli olaraq, daha kiçik və daha az güclü avtomobillər üçün təşkil olunur.
Göktürk-2
Göktürk-2 - TÜBİTAK Kosmos, TAİ əməkdaşlığı çərçivəsində reallaşdırılan kəşfiyyat peyki. 18 dekabr 2012-ci il tarixində Çindəki Jiuquan Kosmosa Buraxılma bazasından kosmosa göndərilmişdi. Peyk 409 kq ağırlığındadır. Peykin tapşırığı icra edən komputeri və proqram təminatı tamamilə Türk məhsuludur. Türk mühəndisləri tərəfindən istehsal edilmişdir. Türkiyə tarixində yüksək keyfiyyətli şəkillərin çəkilməsi üçün istehsal edilən ilk peykdir. Hazırlanmasına 2007-ci ildə başlanılan peyk, 18 dekabr 2012-ci ildə Çindən Çinin istehsal etdiyi Uzun Yürüyüş-2D daşıyıcı raket vasitəsilə kosmosa göndərilmişdir. Göktürk-2-nin təchizatlarının hazırlanması 80%-i, layihələndirilməsinin isə 100%-i Türk Mühəndislər tərəfindən həyata keçirilmişdir. Türkiyənin Çindən pulla aldığı kosmosa göndəriş xidməti sığorta haqqı da daxil olmaqla 20 milyon yevroya başa gəldi. Göktürk-2 kosmosa buraxıldıqdan 12 dəqiqə sonra saat 18.25-də 686 kilometr yüksəklikdəki orbitinə daxil oldu.
Güzgülər 2
Güzgülər 2 - 2010 istehsalı amerikan qorxu filmi. 2008-ci il istehsalı olan "Güzgülər" filminin davam filmidir.
IS-2
IS-2 — başqa adı: (Object 240) İstifadəyə namizəd olan iki top var idi: A-19 adlı 122 mm-lik top və BS-3 adlı 100 mm-lik top. BS-3 adlı topun zireh dağıtma qabilliyyəti daha artıq idi (A-19 adlı top 160 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib olduğu halda, BS-3 adlı top 185 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib idi), ancaq partlayıcı mərmiləri əlverişsiz idi. Ayrıca olaraq A-19 adlı top və onun mərmilərində bolluq mövcud olarkən, BS-3 adlı top tədarük sıxıntısı yaşanan yeni bir top idi. Daha köhnə olan 76.2 mm-lik topa qarşılıq olaraq, A-19 adlı topun, Alman Panther tanklarında istifadə edilən 75 mm-lik yüksək sürətli topa yaxın dağıtma qabilliyyəti, köhnə F-34-ün kinetik enerjisinin 3.5 qatına çatırdı. Həm BS-3 adlı topun, həm də A-19 adlı topun testlərindən sonra, xüsusilə hazırda asanlıqla tapılmasından və alman mövqelərinə hücum edən zaman böyük partlayıcı mərmilərindən dolayı A-19 adlı toplar seçildi. A-19 kovan və barıt atəşləyicisini ayrı-ayrı istifadə edirdi, bu da atəşin davamlılığının və cəbbəxana gücünün zəifləməsinə səbəb olduğundan tanklar ilə müharibələrdə çox ciddi bir dezavantaj idi. Bununla bərabər top olduqca güclü idi, hər nə qədər 122 mm-lik zireh dağıdıcı mərmisi, rəqibi alman 75 mm-lik və 88 mm-lik toplar ilə müqayisədə daha aşağı lülədən çıxış sürətinə sahib olsa da, SSRİ-nin apardığı təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, A-19 topları Nasist Almaniyasının Panther tanklarının ön zirehini dağıtmaq qabilliyyətinə malikdir, dolayı yol ilə də, anti-tank rolunda kifayət qədər uğurlu çıxış edə bilərdi. Alman ordusunun kəşfiyyat məlumatlarına görə 122 mm-lik A-19 topu, gələn atəşin istiqamətinə görə 30 dərəcəlik bir bucaqla duran Panther tanklarına görə daha az təsirli idi. A-19 Panther tanklarının əyilmiş zirehli təbəqəsini hər hansı bir məsafədən, ön alt təbəqəsini isə sadəcə olaraq 100 metr məsafədən dağıtmaq qabilliyyətinə sahib idi, amma anti-personal yönü ilə olduqca təsirli çıxan partlayıcı mərmi, bu topun əsil güclü tərəfi idi. Topun xüsusiyyətləri IS-2 üçün problemlər yaratmağa davam edirdi, və iki hissəli cəbbəxanasının istifadəsi çətin, doldurulması yavaş idi (atəş sıxlığı təxminən dəqiqədə 2 atəş idi).
Keşlə-2
"Şamaxı-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Şamaxı" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Leopard 2
Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur. Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Minsk 2
Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə gədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.
Modula-2
Modula-2 — 1977–1985-ci illərdə Niklaus Virt tərəfindən işlənib hazırlanmış yüksək səviyyəli modullu proqramlaşdırma dili. Pascal dilinin əsasında yaradılmış Modula-2 proqramlaşdırmanın modulluğunu, verilənlərin mücərrədləşdirilməsinin dəstəklənməsi vasitələrini təmin edir, ancaq bəzi standart funksiyalara və prosedurlara malikdir. Modula-2 dilində hazırlanmış proqram modullar yığınından ibarətdir ki, onların da hər biri ayrılıqda kompilyasiya oluna bilər. Bu zaman proqram modulu iki hissəyə ayrıla bilər (ancaq bu vacib deyil): təyinetmələr modulu və reallaşdırma modulu. Təyinetmələr modulu, modulun xarici interfeysidir, yəni xarici modulların istifadə edə bilməsi üçün onun eksport etdiyi konstatların, dəyişənlərin, tiplərin, prosedur və funksiyaların başlıqlarının yığınıdır. Reallaşdırma modulu proqram kodundan, o cümlədən təyinetmələr modulunda sadalananların konkret təsvirindən ibarətdir. Məsələn, təyinetmələr modulunda hər hansı tipin yalnız adı göstərilə bilər, onun tam strukturu isə reallaşdırma modulunda verilə bilər. Bu halda xarici modullar həmin tipin qiymətlərini yarada, onunla işləyən prosedur və funksiyaları çağıra, dəyişənləri mənimsədə bilər, ancaq qiymətlərin strukturuna birbaşa erişə bilməz, çünki bu struktur təyinetmələr modulunda təsvir olunmayıb. Əgər təyinetmələr modulunda bu tipin strukturunu təsvir etsək, ona erişmək mümkün olacaq. Modula-2 dilində qlobal səviyyəli modullarla yanaşı, lokal modullar da yaratmaq olur.
Mulan 2
Mulan 2 (ing. Mulan 2) — 2004-cü ildə "Walt Disney Pictures" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmidir. Cizgi filminin məzmunu Mulan və General Şanq personajlarının məhəbbət hekayəsi üzərinə qurulmuşdur. Cizgi filminin birinci hissəsindən bir ay keçdikdən sonra Şanq və Mulan toylarına hazırlaşarkən bir anda gizli bir vəzifəyə göndərilirlər. Mulanın qarovulunda İmperatorluğun barışı üçün Ki Qon krallığına göndərilmişlər. Barışa görə İmperator qızlarını Kin Qona göndərməli, həmin yerdə şahzadələrə evlənərək Çin ilə ittifaqa girməlidir ki, Monqollar onların ərazilərinə hücum etməsinlər. Əks halda qızlar evlənməsələr bu ittifaq pozulacaqdır. Ancaq yolda gedərkən İmperatorun qızları ordudakı 3 əsgərə aşiq olurlar. Həmçinin, uyğun olaraq əsgərlərdə onlara aşiq olurlar. Bu müddətdə Muşu Mulanın Şanq ilə evlənməsini istəmir.
NGC 2
NGC 2, Yeni Baş Kataloqda qeydə alınmış spiralşəkilli qalaktikadır. Göy üzündə Peqas bürcü istiqamətində yerləşir. Sab tipli qalaktikadır. Lourens Parsons tərəfindən 1873-cü ildə 182.88 sm (72 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Neftçi-2